AZ

“Rəvan Sığorta”nın vergi borcunu kim ödəyəcək?

Ləğv prosesində olan “Rəvan Sığorta” ASC-nin 1 270 484 manat vergi borcu var.

XəzərNews.az xəbər verir ki, bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Rəvan Sığorta”nın lisenziyasını 2021-ci ilin mart ayında, onun könüllü müraciəti əsasında ləğv edib. Şirkətin sahibi məşhur iş adamı Nuru Əliyevdir. O, həm də ləğv prosesində olan “NBC Bank” ASC-nin əsas sahiblərindən olub.

Sahibkar Azərbaycanda “Nissan” markalı minik avtomobillərinin satışı ilə məşğuldur.

Xəbər 126 dəfə oxunub.
Seçilən
15
xezernews.az

1Mənbələr