2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1% artaraq 1374,9 manat təşkil edib.
Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1095 manata bərabər olub.