AZ

Bakıda orta əməkhaqqı artdı

Bu ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-may ayları ilə nisbətən 8,1 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 % artaraq 1 095,0 manat təşkil edib.

Seçilən
40
17
metbuat.az

10Mənbələr