AZ

IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçındakeçirilir

LAÇIN, 25 avqust. TELEQRAF

IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçındakeçirilir.

Teleqraf-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, müsabiqədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov iştirak edir.

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə 12 ifaçı iştirak edir.

Müsabiqənin münsiflər heyətinin kürsüsündə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsumİbrahimov, Nəzakət Teymurova,Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi əyləşiblər.

"Muğam" Televiziya Müsabiqəsində iki yaş aralığında, 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar.

Müsabiqəsinin final mərhələsindəqaliblərin mükafatlandırılacaq.

Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.

Seçilən
58
5
teleqraf.com

8Mənbələr