ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi keçirilib.
APA-nın Laçına ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, final mərhələsində qaliblərin adları açıqlanıb və onlar mükafatlandırılıblar.
Belə ki, 8-16 yaşlı yeniyetmələr arasında III yerə Kənan Tağızadə, II yerə Murad Nəbizadə, I yerə isə Əhəd Ağayev layiq görülüb.
16-30 yaşlı gənclər arasında isə III yeri Rəis Niftəliyev, II yeri Nərmin Mirzəyeva, I yeri isə Aytac Bəybalayeva qazanıb.
***
16:02
Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi keçirilir.
APA xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, sakinlər, eləcə də şəhərin qonaqları iştirak edir.
Müsabiqənin final mərhələsinə ümumilikdə 12 iştirakçı vəsiqə qazanıb.
Bu iştirakçılar yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər arasından 11 mərhələ keçərək finakda iştirak hüququ qazanıblar.
IX “Muğam” Televiziya Müsabiqəsinin münsiflər heyətində Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.
Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyi ilə Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.