"Beşiktaş" və "Yuventus" 25 yaşlı müdafiəçi Tiaqu Calo üçün danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, keçidin bu gün tamamlanacağı gözlənilir.
Bu barədə insayder Di Marzio məlumat yayıb.
T. Calo 2024-cü ilin yanvarında "Yuventus"a qoşulub. O, "qoca sinyora"nın heyətində cəmi 1 oyunda meydanda olub.
Portuqaliyalı futbolçu son mövsümü icarə əsasında "Portu"da keçirib.