AZ

Xadimə qadın 37 yaşında tələbə oldu - FOTO

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.

O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.  

Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar  Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub. 

O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib. 

Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub.

  • Xadimə
  • Xadimə
Seçilən
4
29
day.az

10Mənbələr