AZ

Xadimə işləyən qadın 37 yaşında tələbə oldu - VİDEO

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

 

Valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.

 

O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb. 

 

Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar  Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub.

 

O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib.

 

Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub.

 

Ətraflı “Baku Tv”-nin  videomaterialında:

 

Tarix: 25 Avqust 2025, 14:14   
Seçilən
4
29
pravda.az

10Mənbələr