AZ

Kuril adalarında 6,2 maqnitudalı zəlzələ olub

Bu gün Kuril adaları sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonova bildirib.

"25 avqust saat 17.48-də Sakit okeanda 6,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Paramuşir adasındakı Şimali-Kurilsk şəhərindən 320 kilometr cənub-şərqdə, ocağı isə 22 kilometr dərinlikdə yerləşib", - o qeyd edib.

Sunami təhlükəsi elan edilməyib.

Seçilən
9
8
report.az

10Mənbələr