AZ

Kuril adalarında GÜCLÜ ZƏLZƏLƏ

Kuril adaları sahillərində 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonova bildirib.
 
"25 avqust saat 17:48-də (yerli vaxtla) Sakit okeanda 6.2 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Paramuşir adasındakı Şimali Kurilsk şəhərindən 320 kilometr cənub-şərqdə, ocağı isə 22 kilometr dərinlikdə yerləşib", - deyə o qeyd edib.
 
Sunami təhlükəsi elan edilməyib.
Seçilən
25
8
moderator.az

10Mənbələr