AZ

“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir

“Sədərək”
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir. 1news.az “Report”-a istinadən xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Ötən gün günorta saatlarından (11:50 radələrində-Qeyd) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
47
34
1news.az

10Mənbələr