AZ

Volodimir Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukraynaya və Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirir.

"Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana səmimi minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik", - Zelenski vurğulayıb.

 

 

Seçilən
13
23
moderator.az

10Mənbələr