Bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukraynaya və Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirir.
"Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana səmimi minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik", - Zelenski vurğulayıb.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta