AZ

Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

"Sədərək" ticarət mərkəzində baş verən yanğınla əlaqədar təhlükəsizlik və təcili tibbi yardım briqadalarına ümumilikdə dörd nəfər (kişi cinsli) müraciət edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, onlardan iki nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu qoyulub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir və müalicələri davam etdirilir. Marqarita pizza

Digər iki nəfərə isə yerində tibbi yardım göstərilib və onların vəziyyəti stabil olaraq qalır.


Telegram kanalımız
Seçilən
39
41
yenisabah.az

10Mənbələr