AZ

“Sədərək” Ticarət Mərkəzində yanğın: 12 nəfər tibbi yardıma müraciət etdi

“Sədərək”

Avqustun 24-ü saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.TƏBİB-dən bildirilib ki, çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.Ulusum.az

Diqqət Çəkənlər

Abituriyentlər və valideynlərə önəmli ÇAĞIRIŞ

Azərbaycan və Rusiya nazirləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gəncə hava limanından Moskva və Sankt-Peterburq reysləri təxirə salındı

Seçilən
9
46
ulusum.az

10Mənbələr