İspaniya təmsilçisi “Barselona” XXI əsrdə klub rekorduna imza atıb.
Tribunainfo.az-ın məlumatına görə, komanda buna La Liqanın II turunda “Levante”yə qalib gəldiyi matçda nail olub.
Kataloniyalılar XXI əsrdə ilk dəfə yerli çempionat oyununun fasiləsində 0:2 hesabı ilə geridə olsalar da, qələbə qazanıblar.
Daha əvvəl 1 qarşılaşma heç-heçə, 12 görüş məğlubiyyətlə yekunlaşıb.
Qeyd edək ki, “Barselona” “Levante”ni 3:2 hesabı ilə üstələyib.