"Barselona" XXI əsrdə klub rekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, "blauqrana" bu uğuru La Liqanın II turunda “Levante”ni məğlub etdiyi matçda reallaşdırıb.
Kataloniya təmsilçisi XXI əsrdə ilk dəfə yerli çempionat oyununun fasiləsində 0:2 hesabı ilə geridə olsalar da, geridönüş edərək qələbə qazanıb.
Daha əvvəl 1 qarşılaşma heç-heçə, 12 görüş məğlubiyyətlə yekunlaşıb.
Qeyd edək ki, “Barselona” “Levante”ni 3:2 hesabı ilə yenib.