AZ

Sədərək ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Sədərək" ticarət mərkəzində baş verən yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir və yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər.

Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər.

"Sədərək" ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
16
oxu.az

10Mənbələr