Sədərək Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar hadisə yerinə cəlb olunan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ətraf yollarda hərəkətin təhlükəsizliyini tam təmin ediblər.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nəticədə nəqliyyatın hərəkətində yaranan intensivlik operativ şəkildə tənzimlənib və hərəkət axını fasiləsiz davam etdirilib.