AZ

"Fukusima-1" AES iki il ərzində okeana təqribən 102 min ton təmizlənmiş su axıdıb

"Fukusima-1" qəzalı atom elektrik stansiyasının (AES) administrasiyası iki il ərzində radioaktiv maddələrdən təmizlənmiş ümumilikdə 102 min ton texniki suyu okeana axıdıb.

"Report" xəbər verir ki, bu barədə "Asahi" qəzeti "Tokyo Electric Power" enerji korporasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, suyun axıdılmasına 2023-cü il avqustun 24-də başlanılıb və proses Yaponiya hökuməti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında bir çox ölkələrdən olan inspektorların iştirakı ilə həyata keçirilib. Eyni zamanda, stansiyanın ərazisində hələ də 1000-dən çox polad çəndə 1,28 milyon ton texniki su saxlanılır. Bunun təxminən 70%-i hələ də kifayət qədər yüksək radioaktiv maddə konsentrasiyasına malikdir və əlavə təmizləmə tələb edir. Əgər bu proses uzanarsa, "Fukusima-1" AES-in tam sökülməsinin planlaşdırıldığı 2051-ci ilə qədər suyun tam təmizlənməsi və okeana axıdılması mümkün olmaya bilər.

2023-cü ildə Yaponiya hökuməti təmizlənmiş suyun tədricən okeana axıdılmasına başlamaq qərarı qəbul edib. Suyun axıdılması prosesində bu günədək hər hansı qayda pozuntusu qeydə alınmayıb.

Seçilən
7
1
report.az

5Mənbələr