Hörmətli ukraynalılar, siz təcavüzə boyun əyməməyin, azadlıq və müstəqillik uğrunda mübarizə aparmağın nümunəsini göstərdiniz.
"Report" xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında edilən paylaşımda qeyd olunub.
Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edən Latviya XİN-in paylaşımında ukraynalıların haqsızlığa qarşı mübarizədə örnək təşkil etdiyini vurğulanıb.
"Latviya ədalətli və davamlı sülh əldə olunana qədər sizin yanınızdadır", - deyə paylaşımda bildirilib.
Qeyd eədk ki, avqustun 24-ü Ukraynanın Dövlət Müstəqilliyi Günüdür.