Hörmətli ukraynalılar, siz təcavüzə boyun əyməməyin, azadlıq və müstəqillik uğrunda mübarizə aparmağın nümunəsini göstərdiniz.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında edilən paylaşımda qeyd olunub.
Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edən Latviya XİN-in paylaşımında ukraynalıların haqsızlığa qarşı mübarizədə örnək təşkil etdiyini vurğulanıb.
“Latviya ədalətli və davamlı sülh əldə olunana qədər sizin yanınızdadır”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, avqustun 24-ü Ukraynanın Dövlət Müstəqilliyi Günüdür.