AZ

Luka Modriç A Seriyada rekorda imza atdı

“Real Madrid”in əfsanəvi futbolçusu Luka Modriç A Seriyada tarixi rekorda imza atıb.

90deqiqe.Az-ın məlumatına görə,  xorvatiyalı yarımmüdafiəçi “Milan”ın heyətində İtaliya çempionatında ilk oyununa çıxaraq liqa tarixinin ən yaşlı debütantı olub.

 Modriç bu göstəriciyə 39 yaş 11 ay 14 gün yaşında nail olub. O, A Seriyanın I turu çərçivəsində “Kremoneze” ilə oyunda start heyətində meydana çıxıb.

Təcrübəli futbolçu yay transfer pəncərəsində “Real Madrid”dən ayrılaraq “Milan”a azad agent kimi keçmişdi. İspaniya nəhəngi ilə 13 il ərzində çıxış edən Modriç klub tarixinin ən titullu futbolçusu ünvanını da qazanıb.

Seçilən
65
90deqiqe.az

1Mənbələr