“Zirə”nin yeni transferi Abdul Aziz Batibie cərrahiyə əməliyyatı olunub.
Msport.az xəbər verir ki, toqolu hücumçu İstanbulda ön çarpaz bağlarından əməliyyat keçirib.
Futbolçu təxminən 6-7 aydan sonra sıraya dönəcək.
Qeyd edək ki, 18 yaşlı forvard “Hayduk”la səfər matçında (1:2) zədələnmişdi.