“Zirə”nin futbolçusu Abdul Aziz Batibye cərrahiyə əməliyyatı olunub.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu İstanbulda ön çarpaz bağlarından əməliyyat keçirib. Futbolçu təxminən 6-7 aydan sonra sıraya dönəcək.
Xatırladaq ki, Batibye “Şamaxı”ya qarşı keçirdikləri yoxlama oyununda diz bağlarını zədələmişdi.