AZ

Erməni bloqer Rusiyada SAXLANILDI

Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinən erməni bloqer Arsen Markaryan saxlanılıb.

Redaktor.az RBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Kütləvi informasiya vasitələrindən və ya informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə nasizmin reabilitasiyası və Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə) ilə cinayət işi açılıb. Həmin maddəyə əsasən onu beş ilə qədər həbs cəzası gözləyir.

"İstintaqın məlumatına görə, 2025-ci il fevralın 25-dən gec olmayaraq, videohostinq saytlarından birinin populyarlığından xəbərdar olan Markaryan qeyri-məhdud sayda insan üçün vətən müdafiəçilərinin xatirəsinin təhqir olunması barədə məlumatların yer aldığı videoçəkiliş yerləşdirib", - İstintaq Komitəsində qeyd olunub.

Seçilən
49
1
redaktor.az

9Mənbələr