Arsen Markaryan Belarusa doğru hərəkət edən avtomobilin yük yerində gizlənibmiş.
News24.az xəbər verir ki, o, Moskva yaxınlığındakı Kubinka ərazisində saxlanılaraq, həbs olunub.
İndi o, paytaxtın İstintaq Komitəsinə aparılıb və orada dindiriləcək. A.MArkaryan barəsində “Nasizmin reabilitasiyası” maddəsi ilə iş açılıb. Onu 5 ilə qədər həbs gözləyir.
***
Erməni bloqer Arsen Markaryan Rusiyada saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi teleqramda məlumat yayıb.
Məlumata görə, bloqer Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinir.
Belə ki, Markaryan videohostinq saytlarından birində vətən müdafiəçilərinin xatirəsinə təhqirlər əks etdirən video yerləşdirib. Daha sonra şübhəli axtarışa verilib.