AZ

Səbinənin davamçıları... - Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad olunmuş Talış kəndində fəaliyyət göstərən Ağdərə rayonu Talış kənd tam orta məktəbinin 2024-2025-ci tədris ili üzrə məzunlarının hər biri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.

“Qafqazinfo”nun məlumatına görə, sözügedən məktəbdən bu il 4 şagird məzun olub.

Onlar arasında ən yüksək nəticəni Nigar Məmmədli 609 balla Bakı Dövlət Universitetinə qəbul olaraq əldə edib.

Digər məzunlar- Lalə Alışova Memarlıq və İnşaat Universitetində, Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetinə qəbul olublar.

Xatırladaq ki, ötən il Talış kəndindəki tam orta məktəbdən cəmi 1 şagird məzun olmuşdu.

Səbinə Allasova sözügedən məktəbin ilk və tək məzunu kimi Talışın təhsil tarixinə düşmüşdü.

Qeyd edək ki, Talış kəndindəki tam orta məktəb 2023-cü ilin martında istifadəyə verilib.



Seçilən
64
1
qafqazinfo.az

2Mənbələr