Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Prezident Donald Trampın bağladığı yeni müqaviləyə əsasən, Birləşmiş Ştatlar "Intel" şirkətində 10% paya malik olacaq.
Oxu.Az -ın xəbərinə görə, bu barədə Ağ Ev rəhbəri "Truth Social" platformasında yazaraq, səhmlərin ABŞ-yə pulsuz çatdığını qeyd edib
"Mən bu sövdələşmə barədə şirkətin çox hörmətli baş direktoru Lip-Bu Tan ilə razılığa gəldim. Səhmlər hazırda təxminən 11 milyard dollar dəyərindədir", - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin "Intel" şirkəti çiplər və yarımkeçiricilər hazırlayır. Trampın sözlərinə görə, korporasiyanın işi millətin gələcəyi üçün fundamental önəmə malikdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.