AZ

Təhlükəli manevr edən sürücü məsuliyyətə cəlb olunub

BDYPİ-yə edilən müraciət əsasında təhlükəli manevr edən sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Aznews.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib

Baş Dövlət Yol Polisi İdarəsinin “050 8000 902” nömrəli “WhatsApp” qaynar xəttinə daxil olmuş vətəndaş müraciətində bir avtomobil sürücüsünün digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratdığı və təhlükəli manevrlərlə qəza şəraiti yaratdığı əks olunub.

Dərhal aparılan araşdırma nəticəsində həmin sürücü müəyyən edilib və barəsində inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Seçilən
5
13
aznews.az

10Mənbələr