AZ

Polisə vatsapla şikayət edildi, sürücü saxlanıldı – VİDEO

  Avtomobil sürücüsü digər nəqliyyat vasitəsinin hərəkətinə mane olub və təhlükəli manevrlərlə qəza şəraiti yaradıb.

Referans xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin “050 8000 902” vatsap nömrəsinə məlumat daxil olub.

Bildirilib ki, dərhal aparılan araşdırma nəticəsində həmin sürücü müəyyən edilib və barəsində inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

BDYPİ bir daha sürücülərə xatırladıb ki, yol hərəkəti qaydalarına əməl etmək, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmaq həm şəxsi təhlükəsizlik, həm də ümumi yol hərəkəti təhlükəsizliyinin qorunması baxımından zəruridir.  


Seçilən
47
8
referans.az

10Mənbələr