AZ

Türkiyənin Zəngəzur dəhlizindən qazancı açıqlandı

Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlirin həcmi açıqlanıb.

Yenisabah.az TRT Haber-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.

O bildirib ki, Türkiyə Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttini tikib tamamladıqdan sonra buraya yatırılan sərmayəni müəyyən müddət ərzində geri qazanacaq. Sezar pizza

Zəngəzur dəhlizinin bölgə üçün həyati əhəmiyyətini vurğulayan Uraloğlu bu marşrutun Orta Dəhlizi dəstəkləyəcəyini bildirib:

“Zəngəzur dəhlizi ilə ildə 15 milyon ton yükdaşıma həyata keçiriləcək. Bu dəhliz vasitəsilə 30 illik proqnozda 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza azaldılması, 2,1 milyard lirə iqlimə təsirin azaldılması, 3,5 milyard lirə vaxt qənaəti və 4 milyard lirə avtomobil yolu təmiri qazancı əldə edəcəyik. Beləliklə, Zəngəzur dəhlizindən 30 illik proqnozla 147,6 milyard lirə gəlir əldə edəcəyimizi hesablamışıq”.


Telegram kanalımız
Seçilən
31
9
yenisabah.az

10Mənbələr