AZ

Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlir açıqlanıb

Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlirin həcmi açıqlanıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda jurnalistlərə açıqlamasında danışıb.

O vurğulayıb ki, Türkiyə Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttini tikib tamamladıqdan sonra buraya yatırılan sərmayəni müəyyən müddət ərzində geri qazanacaq.

Zəngəzur dəhlizinin bölgə üçün həyati əhəmiyyətini vurğulayan Uraloğlu bu marşrutun Orta Dəhlizi dəstəkləyəcəyini bildirib:

"Orta Dəhlizlə birlikdə dəmiryolu ilə həyata keçiriləcək ticarət dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qənaətini təmin edəcək. Nəticə etibarilə, bütün mümkün alternativlərə hazır olmaq vacibdir. Bunu yalnız yükdaşıma imkanı deyil, eyni zamanda, strateji sərmayə kimi qiymətləndiririk”.

Nazir qeyd edib ki, Zəngəzur dəhlizi türk dövlətlərinə və Uzaq Şərqə çıxış üçün ən qısa yol olacaq:

“Zəngəzur dəhlizi ilə ildə 15 milyon ton yükdaşıma həyata keçiriləcək. Bu dəhliz vasitəsilə 30 illik proqnozda 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza azaldılması, 2,1 milyard lirə iqlimə təsirin azaldılması, 3,5 milyard lirə vaxt qənaəti və 4 milyard lirə avtomobil yolu təmiri qazancı əldə edəcəyik. Beləliklə, Zəngəzur Dəhlizindən 30 illik proqnozla 147,6 milyard lirə (6,12 milyard manat-red.) gəlir əldə edəcəyimizi hesablamışıq”.
Seçilən
15
9
sherg.az

10Mənbələr