AZ

Ukraynada "MiQ-29" qırıcısı qəzaya uğrayıb: Pilot ölüb

Ukraynada "MiQ-29" qırıcısı qəzaya uğrayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin "MiQ-29" qırıcısı döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı qəzaya düşüb.

Hadisə nəticəsində pilot həlak olub.

“2025-ci il avqustun 23-nə keçən gecə 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən həlak olub”, – məlumatda qeyd olunub.

Qəzanın səbəbləri araşdırılır.

“Cebheinfo.az” 

Seçilən
41
25
cebheinfo.az

10Mənbələr