Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən 33 yaşlı Zaman Məhəmmədli saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb.
Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.
Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.