AZ

Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”ı qəbul edir

Bu gün Misli Premyer Liqasında II turun növbəti oyunu keçiriləcək.
 
Moderator.az xəbər verir ki, ikinci oyun günündə yalnız bir matç baş tutacaq.
 
Bu gün "Kəpəz" komandası "Karvan-Yevlax"la üz-üzə gələcək.
 
Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 24-də "Şamaxı" - "Sabah" və "Turan Tovuz" - "Araz-Naxçıvan", avqustun 25-də isə "Qəbələ" - "Zirə" oyunları keçiriləcək.
 
23 avqust
 
Misli Premyer Liqası
 
II tur
 
Saat 19:00, "Kəpəz" - "Karvan-Yevlax".
 
Seçilən
62
1
moderator.az

10Mənbələr