AZ

ABŞ rəsmiləri enerji şirkətlərinə 20 ton plutonium vermək istəyir

Vaşinqton administrasiyası Amerika enerji şirkətlərinə nüvə stansiyalarında yanacaq kimi mümkün istifadə üçün əvvəllər utilizasiya olunmuş nüvə başlıqlarından təxminən 20 ton plutonium vermək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.

ABŞ-ın Energetika Nazirliyi yaxın vaxtlarda plutoniumdan istifadə ilə bağlı şirkətlərin təkliflərini qəbul etməyə başlayacaq.

ABŞ administrasiyası onu aşağı qiymətə və ya pulsuz təqdim etməyə hazır olacaq, lakin şirkətlər bu yükün daşınması və saxlanması, eləcə də mümkün sonrakı emal üçün bütün xərcləri öz üzərinə götürməli olacaqlar.

Agentlik qeyd edir ki, yuxarıda adı çəkilən 20 ton ABŞ hakimiyyətinin Rusiya tərəfi ilə razılaşmalara uyğun olaraq əvvəllər məhv etməyi öhdəsinə götürdüyü 34 ton silah dərəcəli plutonium ehtiyatından götürüləcək.

Seçilən
13
1
report.az

4Mənbələr