AZ

"Qarabağ"da mövsümün ən gənc debütantı - Çempionlar Liqasında

“Qarabağ”ın futbolçusu Hikmət Cəbrayılzadə Çempionlar Liqasında debüt edərək bu mövsüm adını klubun tarixinə yazdırıb.

Sportinfo.az xəbər verir ki, Şimali Makedoniyadan “Şkendiya”ya qarşı 18 yaş 10 günündə meydana çıxan yarımmüdafiəçi Ağdam təmsilçisinin cari mövsümdəki ən gənc oyunçusu olub.

Cəbrayılzadə 77-ci dəqiqədə Leandro Andradeni əvəzləyib.

Qarşılaşma “Qarabağ”ın 5:1 (ilk oyun 0:1) hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
70
31
sportinfo.az

10Mənbələr