Premyer Liqanın 2-ci turunda “Neftçi” bu gün səfər matçında “İmişli” ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, ötən turda “Şamaxı” ilə oyunda heç-heçə (1:1) edən “ağ-qaralar” “İmişli” ilə görüşdə də xal itirib - 0:0.
Matçda ən yaddaqalan epizod isə 72-ci dəqiqədə yaşanıb. “Neftçi”nin futbolçusu Bassala Sambu yüzfaizli qol imkanında istifadə edə bilməyib.
Bu, komandanın baş məşqçisi Samir Abasovun da təəccübünə səbəb olub və o, bunu diz çökərək ifadə edib.