AZ

Aİ indiyədək Ukraynaya 168,9 milyard avro xərcləyib

Aİ indiyədək Ukraynaya 168,9 milyard avro xərcləyib

Avropa İttifaqı Ukraynaya 168,9 milyard avro xərcləyib ki, bunun da 59,6 milyard avrosu silaha xərclənib.

AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.

"168,9 milyard avro Avropa İttifaqı və ona üzv dövlətlərin yardımının ümumi məbləği olub", - deyə AK-nin məlumatında bildirilir.

Qeyd edilir ki, Aİ ölkələri Ukraynanın hərbi əməliyyatları davam etdirmək qabiliyyətini dəstəkləmək üçün silah alınmasına 59,6 milyard avro xərcləyib: bura həm ikitərəfli təchizat, həm də Avropa Sülh Fondu vasitəsilə alışlar daxildir.

Avropa Komissiyası həmçinin Ukrayna qaçqınlarının qəbulu və yerləşdirilməsi ilə bağlı ehtiyaclar üçün Kiyevə deyil, Aİ ölkələrinə köçürdüyü ümumi məbləğə 17 milyard avronu da daxil edib.

Seçilən
27
afn.az

1Mənbələr