AZ

“Barselona” Xulian Alvares üçün 100 milyon avro ayırmağa hazırlaşır

“Barselona” növbəti yay böyük transfer həyata keçirməyi planlaşdırır.

90deqiqe.Az-ın " El Nacional"a istinadən məlumatına görə, Kataloniya klubu Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir və onu Robert Levandovskinin potensial əvəzçisi kimi görür.

 “Barselona” rəhbərliyi artıq argentinli futbolçunun transferini reallaşdırmaq üçün 100 milyon avro toplamağın yollarını düşünür. Bu məbləğ “Atletiko”nu dünya çempionunu satmağa inandırmaq üçün kifayət etməlidir.

25 yaşlı Alvaresin “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt ekspertləri futbolçunun bazar qiymətini təxminən 100 milyon avro olaraq qiymətləndirir.

Seçilən
23
90deqiqe.az

1Mənbələr