AZ

3500 abonentin qazı kəsiləcək

Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə əlaqədar qaz verilişində fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb. 

Xəbərə görə, avqustun 25-də saat 10:00-dan işlər başa çatana qədər 3 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyib və ehtiyat tədbirləri görməyi tövsiyə edib.

"Cebheinfo.az" 

Seçilən
49
18
cebheinfo.az

10Mənbələr