AZ

Zelenski: F 16 ların sayı kifayət qədər deyil

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ukrayna öz hava təhlükəsizliyini təmin etmək üçün kifayət qədər F-16 qırıcı təyyarəsinə malik deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Mark Rütte ilə danışıqlar zamanı bildirib.

"F-16-lardan söhbət gedirsə, biz belə bir hava donanmamızın olmasına görə bütün tərəfdaşlarımıza çox minnətdarıq. Lakin hələ də bizə lazım olan bütün təyyarələrə malik deyilik", - Ukrayna lideri bildirib.

Zelenski əlavə edib ki, hava təhlükəsizliyini təmin etmək üçün Ukraynanın müəyyən sayda təyyarəyə ehtiyacı var. Bununla belə, dövlət başçısı konkret nə qədər qırıcı təyyarəyə ehtiyac olduğunu açıqlamayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
bakivaxti.az

5Mənbələr