Ukrayna öz hava təhlükəsizliyini təmin etmək üçün kifayət qədər F-16 qırıcı təyyarəsinə malik deyil.
Bakues.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Mark Rütte ilə danışıqlar zamanı bildirib.
“F-16-lardan söhbət gedirsə, biz belə bir hava donanmamızın olmasına görə bütün tərəfdaşlarımıza çox minnətdarıq. Lakin hələ də bizə lazım olan bütün təyyarələrə malik deyilik”, – Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, hava təhlükəsizliyini təmin etmək üçün Ukraynanın müəyyən sayda təyyarəyə ehtiyacı var. Bununla belə, dövlət başçısı konkret nə qədər qırıcı təyyarəyə ehtiyac olduğunu açıqlamayıb.