ABŞ Prezidenti Donald Tramp Oval Kabinetdən 2026-cı il Dünya Çempionatı ilə bağlı açıqlama yayıb.
90deqiqe.Az-ın məlumatına görə, Tramp, dünya çempionatının püşkatmasının dekabrın 5-də, Vaşinqtondakı Kennedi İcra Mərkəzində keçiriləcəyini bildirib..
Turnir ABŞ, Kanada və Meksikada təşkil olunacaq və 48 milli komandadan ibarət olacaq. Komandalar 12 qrupda, hər qrupda dörd komanda olmaqla bölünəcək. Qrup mərhələsində ilk iki yeri tutan komandalar, həmçinin üçüncü yerdə olan səkkiz ən yaxşı komanda playout mərhələsinə vəsiqə qazanacaq.
Bundan əlavə, 2026-cı il Dünya Çempionatında yeni mərhələ – 1/16 final da tətbiq ediləcək.