AZ

Məşhur şoumen yenidən nikah masasına oturur

Məşhur şoumen yenidən nikah masasına otururBir müddətdir sosial şəbəkələrdə yayılan "Mehmet Ali Erbil evlənir" iddiaları təsdiqlənib. Türkiyəli məşhur şoumenin yaxın çevresindən verilən məlumata görə, Erbil qəti olaraq evlilik qərarı verib və altıncı dəfə nikah masasına oturacaq.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, dəfələrlə ayrılıb-barışmaları ilə gündəmə gələn Mehmet Ali Erbil və 26 yaşlı Gülseren Ceylanın nikahı 28 avqust sadə mərasimlə keçiriləcək. Qeyd olunur ki, mərasim toy xarakterli olmayacaq və yalnız yaxın dostlarının iştirakı ilə baş tutacaq.

Məlumata görə, Erbil və Almaniyada yaşayan Ceylan 2023-cü ildə sosial şəbəkə vasitəsilə tanış olublar. Münasibətlərində gərginliklər və böyük mübahisələr yaşasalar da, cütlük sonda evlənmək qərarına gəlib.

Yaxınlarının sözlərinə görə, nikahdan əvvəl onların evlilik müqaviləsi bağlamağı planlaşdırdıqları da bildirilib.

Seçilən
57
sonxeber.az

1Mənbələr