AZ

Baş Muğan kanalında kişi meyiti tapıldı

Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

Axar.az xəbər verir ki, bir neçə gün əvvəl kanalda boğulduğu ehtimal edilən Nürəddin Məmmədovun axtarışı üçün Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində bu gün saat 17 radələrində Baş Muğan Kanalının İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində adıçəkilən şəxsin meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
5
axar.az

10Mənbələr