Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl kanalda boğulduğu ehtimal olunan Nurəddin Məmmədovun meyiti aparılan axtarışlar nəticəsində kanalının İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində aşkarlanıb.
FHN-in dalğıc xilasedicilərinin sudan çıxardığı meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta