ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Vladimir Zelenskinin o qədər də yaxşı yola getmədiyini deyib.
Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
"Putin və Zelenskinin birlikdə işləyib-işləməyəcəyini görəcəyik. Bilirsiniz, bu, bir az yağ və sirkə kimidir. Məlum səbəblərə görə çox yaxşı anlaşmırlar. Amma biz görəcəyik", - Ağ Ev rəhbəri deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.