2025-2026-cı tədris ilindən bütün ümumi təhsil müəssisələrinin V-VI siniflərində Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris ediləcək.
AZƏRTAC xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə” elm və təhsil nazirinin əmrindəki tədris planlarına dair qeydlərdə öz əksini tapıb.
Qeyd edək ki, ötən tədris ilində bütün ümumi təhsil müəssisələrinin V siniflərində Azərbaycan tarixi fənni Azərbaycan dilində keçirilirdi.